Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi "Neft Daşları" və "Darvin bankası" yataqlarında yeni quyuların qazmasına başlayıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" yatağındakı 1887 nömrəli platformadan qazılan 2677 nömrəli quyunun layihə dərinliyi 3150 metrdir. Qirməki Altı Lay Dəstəsinə qazılan quyudan sutkada 30 ton neftin hasil olunacağı gözlənilir.
"Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan Qirməki Lay Dəstəsinə qazılan 661 nömrəli quyunun layihə dərinliyi isə 1540 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 6 ton neft hasil olunacağı nəzərdə tutulur.