Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.İsmayılov/
"Bakı" elektrik stansiyası yanvar ayında 51,1 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə çərşənbə günü "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, elektrik stansiyasının ötən il istehsal göstəricisi 572,1 milyon kilovat-saatdan çox təşkil edib.
Elektrik stansiyasının ümumi gücü 105 meqavatdır.