...

Azərbaycan neftinin qiymətləri fevralın 28-da azalıb

Energetika Materials 1 Mart 2013 14:22 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 115,66 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, cümə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 0,13 dollar/barel azalıb.

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 115,66 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 0,13 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 114,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 28-də 107,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 28-də 112,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti