...

Türkiyə İrandan idxal olunan neft və qazın həcmini azaltmaq niyyətində deyil

Energetika Materials 10 Aprel 2013 14:14 (UTC +04:00)
Türkiyə İrandan idxal olunan neft və qazın həcmini azaltmağı planlaşdırmır.
Türkiyə İrandan idxal olunan neft və qazın həcmini azaltmaq niyyətində deyil

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İrandan idxal olunan neft və qazın həcmini azaltmağı planlaşdırmır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın jurnalistlərə açıqlamasına istinadən "TRT Haber" telekanalı xəbər yayıb.

"İran Türkiyəyə qaz idxalının həcminə görə ikinci, neft idxalının həcminə görə isə, birinci ölkədir. Buna görə də, Türkiyə İrandan idxal olunan enerji resurslarının həcmini azaltmaq niyyətində deyil", - Yıldız bildirib.

Nazirin sözlərinə görə, əksinə Türkiyə İraqdan da neft idxalını artırmaq niyyətindədir.

1996-cı ildə İran və Türkiyə hər il Türkiyəyə 10 milyard kubmetr (gün ərzində 30 milyon kubmetr) qaz çatdırılması barədə razılaşma imzalayıblar.

Jurnalistlərin Türkiyənin "TPAO" neft-qaz korparasiyasının Livandakı fəaliyyəti ilə bağlı suala cavab verərkən Yıldız qeyd edib ki, korporasiya bu ölkədə fəal şəkildə neft və qaz kəşfiyyatını aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti