Azərbaycan, Bakı, 26 may /Trend/
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və onu müşayiət edən nümayəndə heyəti Sudanın paytaxtı Xartuma gəlib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Yıldız Sudanın mədən naziri Kamal Əbdüllətif, energetika naziri Təbit Butros Şokai və neft naziri Avad əl-Cəzlə görüşlər keçirib.
Danışıqların ardınca Türkiyə və Sudan arasında energetika, mədənçıxarma sənayesi və neft qaz hasili sahəsində əməkdaşlıq haqqında üç memorandum imzalanıb.
Yıldız qeyd edib ki, Türkiyə Sudanın energetika sahəsinə sərmayə qoymaq niyyətindədir.
"Sudan iş adamları Türkiyə təcrübəsindən istifadə edə bilərdilər", - Əbdüllətif deyib. Eyni zamanda o qeyd edib ki, Türkiyə apardığı müvəffəqiyyətli siyasət nəticəsində son illərdə güclü iqtisadiyyatı olan ölkələrdən biri olub.
Sonra Yıldız Sudanın baş nazirin müavini Əli Osman Taha ilə görüşüb.