...

Bakının bəzi rayonlarında qazın verilişi məhdudlaşdırılıb

Energetika Materials 27 İyun 2013 13:49 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar iyunun 27-də saat 10:00-dan 18:00-dək "Ucar” Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək "Binə” Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 14:00-dək "Əhmədli", “Keşlə", Qazpaylayıcı Stansiyalarından, "Nizami ümumi", "Bakıxanov əhali", "Məişət-12", "Cavanşir" və "Dənizçilik məktəbi" ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.
Bakının bəzi rayonlarında qazın verilişi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar iyunun 27-də saat 10:00-dan 18:00-dək "Ucar" Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək "Binə" Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 14:00-dək "Əhmədli", "Keşlə", Qazpaylayıcı Stansiyalarından, "Nizami ümumi", "Bakıxanov əhali", "Məişət-12", "Cavanşir" və "Dənizçilik məktəbi" ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə Ucar, Nizami rayonlarına, Xətai rayonunun böyük bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti