Azərbaycan, Bakı, 2 iyul /Trend/
Astara-Qazıməmməd magistral qaz kəmərində təmir işləri həyata keçiriləcək.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Astara-Qazıməmməd magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədar olaraq, İran İslam Respublikasına qaz verilişi 02.07.2013-cü il tarixindən dayandırılıb.
İyulun 3-dən magistral qaz kəmərində təmir işlərinə başlanılacaq. Bununla əlaqədar olaraq, 03.07.2013-cü il tarixindən 04.07.2013-cü il tarixinədək ''Astara'' modul elektrik stansiyasının (MES) qaz təchizatı dayandırılacaq.