...

2014-cü ildən bir sıra neft məhsullarının Azərbaycana idxalı ƏDV-dən azad olunacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 10 İyul 2013 17:57 (UTC +04:00)
Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqların Azərbaycana idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
2014-cü ildən bir sıra neft məhsullarının Azərbaycana idxalı ƏDV-dən azad olunacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:43-də yayılıb)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Əliyev/

Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqların Azərbaycana idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Trend-in məlumatına görə, bu məhsulların ƏDV-dən azad olunan mallar siyahısına daxil edilməsi haqqında qərar Nazirlər Kabineti tərəfindən iyulun 5-də qəbul edilib.

Azərbaycanda ƏDV 18 faiz təşkil edir.

Nazirlər Kabinetinin digər qərarı ilə bu qrupdan olan məhsullar onlar üçün müəyyənləşdirilmiş 15 faiz həcmində gömrük rüsumundan azad olunur və indi onlara sıfır faizli tarif dərəcəsi tətbiq olunacaq.

Bundan əlavə, Nazirlər Kabinetinin digər qərarı ilə bu növ neft məhsulları üzrə hər tona görə aksiz vergi dərəcəsi 30 dollardan bir dollara endirilib.

Nazirlər Kabinetinin qərarı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib.

Qərarlar imzalandığı gündən qüvvəyə minir və 2014-cü ilin yanvarın 1-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti