...

Azərbaycan sahibkarları Qazaxıstanda neft-qaz sərgisində iştiraka dəvət olunur

Energetika Materials 25 İyul 2013 16:11 (UTC +04:00)
Azərbaycan sahibkarları 5-7 noyabr 2013-cü il tarixində Qazaxıstanın Aktau şəhərində keçiriləcək VIII Manqıstau "Neft, Qaz və İnfrastuktur" regional sərgisində iştirak etməyə dəvət olunurlar.
Azərbaycan sahibkarları Qazaxıstanda neft-qaz sərgisində iştiraka dəvət olunur

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan sahibkarları 5-7 noyabr 2013-cü il tarixində Qazaxıstanın Aktau şəhərində keçiriləcək VIII Manqıstau "Neft, Qaz və İnfrastuktur" regional sərgisində iştirak etməyə dəvət olunurlar. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Sərgi neft və qaz hasilatı və emalı, neft və qaz avadanlıqları, neft və qaz daşınması, mühəndislik və konsaltinq, geofiziki xidmətlər, ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, tikinti və interyer, energetika, telekommunikasiya, nəqliyyat, bankçılıq və maliyyə mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Sərgi haqqında daha ətraflı məlumatla www.mangystau.oil-gas.kz/ru/ linkində tanış olmaq mümkündür.

Sərgidə iştirak etməkdə maraqlı olanlar aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Rimma Butayeva; tel./faks: +7 (7292) 340171, 340172; mob: +7 701 721 53 85; E-mail: [email protected]; Web: www.iteca.kz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti