Türkiyə, İstanbul, 5 dekabr /Trend, müxbir A.Axundov/
Rəsmi Tirana Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (ARDNŞ) Albaniyanı qazlaşdırmağa dəvət edir.
Trend-in məlumatına görə, bunu Albaniyanın iqtisadiyyat və energetika naziri Damian Qiknuri cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Albaniya və Avropanın cənub-şərq regionu perspektivli və mənimsənilməmiş qaz bazarına malikdir.
D.Qiknuri bildirib ki, Albaniya Monteneqro və Xorvatiya ilə Trans-Adriatik qaz kəmərinin (TAP) həmin ölkələrin ərazisi ilə davam etdirilməsini fəal müzakirə edir.