...

Etibar Pirverdiyev: Azərbaycanın enerji sistemi qışa hazırdır

Energetika Materials 12 Dekabr 2013 12:52 (UTC +04:00)
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) qış mövsümünə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib.
Etibar Pirverdiyev: Azərbaycanın enerji sistemi qışa hazırdır

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E. İsmayılov/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) qış mövsümünə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, ölkənin enerji sisteminin qış mövsümünə hazırlığı barədə son illər ərzində Azərbaycanda yeni elektrik ötürücü xətlərin (EÖX) və yeni elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə əsasən də fikir söyləmək olar: "Lakin dünyada heç bir enerji sistemi qış mövsümünə tam hazırlıqdan danışa bilməz. Çünki daim elektrik enerjisinin verilişində fasilələrə səbəb ola biləcək qeyri-sabit hava şəraiti ilə əlaqədar fövqəladə hallar baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti