...

ARDNŞ Rumıniya bazarında mövqelərini gücləndirir

Energetika Materials 15 Yanvar 2014 15:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ruminiya səhmdarlarının "SOCAR Petroleum SA"-da qalan 10 faiz iştirak payını satın alıb.
ARDNŞ Rumıniya bazarında mövqelərini gücləndirir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ruminiya səhmdarlarının "SOCAR Petroleum SA"-da qalan 10 faiz iştirak payını satın alıb.

Trend-in "SOCAR Petroleum SA"-nın saytına istinadən verdiyi məlumata görə, bununla da ARDNŞ "SOCAR Petroleum SA"-nın 100 faizlik sahibi olub.

ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirmək üçün "SOCAR Petroleum"un nizamnamə kapitalını 35 milyon avro artırmaq niyyətindədir.

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, sövdələşmə şirkətin strateji yanaşmasının, yəni Ruminiya bazarında öz mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir: "2014-cü ilin əvvəlində başa çatmış sövdələşmə şirkətimizin Rumıniya bazarında inkişafının yeni mərhələsinə təkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti