...

Gürcüstanda "SOCAR" brendi altında daha bir yanacaqdoldurma kompleksi istifadəyə verilib

Energetika Materials 7 Fevral 2014 17:37 (UTC +04:00)
Bu gün Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək sayca 106-cı yanacaqdoldurma, 13-cü qazpaylayıcı stansiya kompleksinin açılış mərasimi olub.
Gürcüstanda "SOCAR" brendi altında daha bir yanacaqdoldurma kompleksi istifadəyə verilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bu gün Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərəcək sayca 106-cı yanacaqdoldurma, 13-cü qazpaylayıcı stansiya kompleksinin açılış mərasimi olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni, müasir standartlara cavab verən kompleks Tbilisinin Saradjişvili prospekti ilə Didi Diqomi yolunun kəsişməsində yerləşir. Burada alıcılara müxtəlif tip yanacaq və təbii qaz təklif olunacaq.

Yanacaqdoldurma kompleksində dünyanın aparıcı brendlərindən sayılan ''Galileo''nun kompressor və qazpaylayıcı kolonkası quraşdırılıb ki, bu da avtomobilləri yüksək texnologiyalı, ekoloji təmiz təbii qazla təchiz etməyə imkan verəcək.

Kompleksdə bütün sutka ərzində işləyən kafe-market, habelə avtomobil sahiblərinə müxtəlif əlavə xidmətlər göstərən xüsusi servis-bloklar da yaradılıb.

Yeni kompleksdə 23 nəfər işlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti