Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.İsmayılov/
"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağında atmosferə atılan alçaq təzyiqli qazların yığılaraq sahilə nəql olunması məqsədi ilə yeni kompressor qurğularının inşası nəzərdə tutulub.
Trend ARDNş-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neftqazelmitədiqatlayihə" İnstitutunun layihəsi əsasında yataqdakı 1100 saylı meydançada 4 ədəd, 1201 saylı meydançada isə 2 ədəd vakuum kompressor qurğusu quraşdırılacaq. Bu qurğular vasitəsilə hasilat zamanı havaya atılan sutkalıq 150 min kubmetr qazın yığılaraq sahilə nəqli mümkün olacaq.
Layihə çərçivəsində həmin alçaq təzyiqli qazların yığılıb ümumi nəqletmə sisteminə ötürülməsi üçün meydançalararası qaz xətlərinin çəkilişi də nəzərdə tutulur.