...

Abşeronun və Bakının bəzi ərazilərində qaz olmayacaq

Energetika Materials 13 May 2014 10:35 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Abşeronun və Bakının bəzi ərazilərində qaz olmayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Suraxanı rayonunun bir hissəsinə, həmçinin 700 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin yeni çəkilmiş 5200 p/m hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 17:00-dək Səbail rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti