...

ABŞ Dövlət Departamenti: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Energetika Materials 4 İyun 2014 11:53 (UTC +04:00)
ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və Azərbaycan bu prosesdə mühüm rol oynayır.
ABŞ Dövlət Departamenti: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Bədəlova/

ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və Azərbaycan bu prosesdə mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin enerji resursları üzrə baş müşaviri Daniel Ştayn çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın göstərilən sahədə rolu xüsusilə Ukrayna böhranından sonra artıb.

D.Ştayn qeyd edib ki, qlobal enerji bazarı inkişaf edir və Azərbaycanın enerji layihələri bu məsələyə kompleks yanaşmanın tərkib hissəsidir: "Enerji təhlükəsizliyi millətin təhlükəsizliyi deməkdir. Və Avropanın milli təhlükəsizliyi ümumi təhlükəsizliklə qarşılıqlı şəkildə sıx bağlıdır".

Müşavir qeyd edib ki, ötən ilin sonunda "Şahdəniz-2" layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarı Avropanın enerji təhlükəsizliyi yolunda atılmış mühüm addımdır.

"Cənub Qaz Dəhlizi" ilə nəql olunacaq Türkmənistan qazının Avropaya nəqlinin perspektivlərindən danışan DD nümayəndəsi qeyd edib ki, Aİ-nin Transxəzər qaz kəməri üçün hüquqi bazanın formalaşması üzrə Azərbaycan və Türkmənistan tərəfləri arasında danışıqlar çərçivəsində göstərdiyi səyləri tamamilə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti