...

Azərbaycanda elektrik enerjisinin 93 faizi İES-də istehsal edilib

Energetika Materials 21 İyun 2014 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda təqribən 9,2 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 3 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin 5 ayının yekunu üzrə hesabatında deyilir.

Bu ilin ilk 5 ayında istehsal edilmiş elektrik enerjisinin (əmtəə) ümumi həcmindən təqribən 8,6 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7 faiz çoxdur.

Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-may aylarında 575,1 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 17,3 faiz azdır.

2013-cü ildə Azərbaycanda təqribən 20,63 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir. 2013-cü ildə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən təqribən 19,26 milyard kilovat-saat İES-in payına düşüb ki, bu da 2012-ci ilin göstəricisindən 2,7 faiz çoxdur. SES-lər tərəfindən ötən il təqribən 1,37 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2012-cü ildə qeydə alınan göstəricidən 21,7 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti