Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Emil İsmayılov/
Ötən həftə - 27-31 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 88,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,41 dollar/barel azdır.
Trend-in məlumatına görə, 27-31 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 90,52, minimum isə 86,61 dollar/barel təşkil edib.
27-31 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti təxminən 84 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,15 dollar/barel çoxdur.
Ötən həftə URALS-ın qiyməti maksimum 85,53, minimum isə 82,2 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
27-31 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 85,55 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,1 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 86,81 dollar, minimum isə 84,29 dollar/barel təşkil edib.