...

ARDNŞ-də yeni era başlayır

Energetika Materials 7 Noyabr 2014 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) noyabrın 7-də Xəzərin Azərbaycan sektorundakı "Neft Daşları" dəniz yatağında növbəli estakadanı istismara verib.

Trend-in məlumatına görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və Dövlət Neft Şirkətinin digər rəhbər şəxsləri iştirak ediblər.

Yeni estakada qaz-separasiya məntəqəsi ilə lay təzyiqinin saxlanılması sexi arasında inşa edilib.

R.Abdullayev jurnalistlərə bildirib ki, görülmüş tədbirlər nəticəsində yataqda hasilatın azalması tempinin qarşısı alınıb və artıma nail olunub: "Hazırda tədbirlər görülür və investisiya proqramları hazırlanır. Bu, illik 1 milyon ton neft hasilatına çatmağa və 2 milyon tona doğru irəliləməyə davam etməyə imkan verəcək".

Onun sözlərinə görə, yatağın işlənməsi zamanı estakadanın tikintisi köhnəlmiş metoddur və ARDNŞ "Neft Daşları"nın işlənməsinin birinci mərhələsində estakadaların sayını və uzunluğunu minimuma endirməklə qazma işlərininin təmin edilməsinə və platformadan hasilata xüsusi önəm verir.

R.Abdullayev ARDNŞ-nin müstəqil işlədiyi yataqlarda neft həcmlərinin sabitləşdirilməsi və artırılması üzrə Dövlət Neft Şirkətinin apardığı işlərə diqqət çəkib: "ARDNŞ sərmayə qoyuluşlarının artırılması çərçivəsində stabilləşmə deyil, hasilat həcminin artması erasına qədəm qoyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti