...

TANAP qaz kəmərinin tikintisi üçün podratçılar məlum oldu

Energetika Materials 23 Dekabr 2014 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Emil İsmayılov/

Transanadolu qaz kəməri (TANAP) konsorsiumu qaz kəmərinin tikintisi üzrə podratçıları müəyyən edib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Tenderin qalibləri "Fernas İnşaat" şirkəti, "Sicim-Yüksel-Akkord" və "Tekfen Holding" konsorsiumları olublar.

Bu şirkətlər qaz kəmərinin Gürcüstan sərhədindən Ərzuruma, Ərzurumdan Sivasa və Sivasdan Əskişəhərə qədər hissəsinin tikintisinə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti