...

Türkiyənin işıqsız qalma səbəbi məlum oldu

Energetika Materials 31 Mart 2015 15:57 (UTC +04:00)
Türkiyənin elektrik enerjisinin verilişi üzrə dövlət şirkəti (TEİAS) ölkənin bəzi şəhərlərində elektrik enerjisi təchizatının pozulması səbəblərini açıqlayıb.
Türkiyənin işıqsız qalma səbəbi məlum oldu

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin elektrik enerjisinin verilişi üzrə dövlət şirkəti (TEİAS) ölkənin bəzi şəhərlərində elektrik enerjisi təchizatının pozulması səbəblərini açıqlayıb.

Trend-in TEİAS-a istinadən verdiyi məlumata görə, buna səbəb magistral elektrikötürücü xəttində qırılma olub. Həmin xətt vasitəsilə ölkəyə elektrik enerjisi idxal edilir.

Hazırda qəzanın aradan qaldırılması üzrə işlər aparılır. Artıq Türkiyənin bir sıra şəhərlərində elektrik enerjisinin təchizatı qismən bərpa edilib.

Xatırladaq ki, martın 31-də yerli vaxtla saat 10:36-da Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərinə elektrik enerjisinin verilişi dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti