...

Azərbaycanda yeni qazma şirkəti təsis edilib

Energetika Materials 2 İyun 2015 16:19 (UTC +04:00)
SOCAR-AQS podratçı şirkəti “Archer Assets UK Limited” (Archer) və “Nobel Oil Services” şirkətləri ilə Azərbaycanda yeni qazma şirkəti - “Oguz Drilling” birgə müəssisəsinin yaradılması barədə müqavilə imzalayıb.
Azərbaycanda yeni qazma şirkəti təsis edilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətinin 51 faiz iştirak payına sahib olduğu SOCAR-AQS podratçı şirkəti "Archer Assets UK Limited" (Archer) və "Nobel Oil Services" şirkətləri ilə Azərbaycanda yeni qazma şirkəti - "Oguz Drilling" birgə müəssisəsinin yaradılması barədə müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə SOCAR-AQS şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, yeni birgə müəssisə qazma avadanlıqlarının layihələndirilməsi və modifikasiyası, habelə qazma işləri ilə əlaqəsi olan digər xidmətlər də daxil olmaqla, dənizdə stasionar platformalarda qazma işləri üzrə dünya səviyyəli xidmətlər təqdim edəcək: "Oguz Drilling" birgə müəssisəsi beynəlxalq qazma sənayesinin yüksək standartlarına uyğun şəkildə azərbaycanlı heyətin təlimi və inkişafı ilə məşğul olacaq. Müəssisə dənizdə stasionar platformalarda qazma işləri ilə bağlı xidmətlərin təhlükəsizliyi, effektivliyi və etibarlılığı sahəsində dünya səviyyəli, ən yaxşı təcrübələrin tətbiqinin təmin edilməsi üçün yerli hökumət və təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır".

Yeni "Oguz Drilling" birgə müəssisəsi Azərbaycanda qeydiyyatdan keçib və Bakıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti