...

"Azərişıq" ASC-də toplantı keçirilib (FOTO)

Energetika Materials 4 İyul 2015 14:02 (UTC +04:00)
“Azərişıq” ASC-nin sədri Baba Rzayevin sədrliyi ilə Bakı-2015 I Avropa Oyunları və 2015-ci ilin I yarısında görülən quruculuq işləri ilə əlaqədar departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı idarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.
"Azərişıq" ASC-də toplantı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Azərişıq" ASC-nin sədri Baba Rzayevin sədrliyi ilə Bakı-2015 I Avropa Oyunları və 2015-ci ilin I yarısında görülən quruculuq işləri ilə əlaqədar departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı idarələri rəislərinin iştirakı ilə toplantı keçirilib. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda bildirilib ki, beynəlxalq aləmdə böyük əks-səda doğuran və yüksək səviyyədə reallaşan Bakı-2015 I Avropa Oyunlarının uğurla başa çatması ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yüksək təşkilatçılıq və gərgin əməyinin nəticəsidir.

B.Rzayev qeyd edib ki, bu böyük zəfər bütövlükdə Azərbaycanın və bu işdə əməyi olan hər bir kəsin qələbəsidir: "Bu möhtəşəm qələbədən bütün xalqımız qürur duyur. I Avropa Oyunlarının uğurla keçirilməsində elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Oyunların keçirildiyi dövrdə, möhtəşəm açılış və bağlanış mərasimləri zamanı "Azərişıq" ASC əməkdaşlarının I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) personalları ilə birgə səmərəli fəaliyyəti nəticəsində idman tədbirlərinin keçirildiyi məkanların, bu tədbirlə bağlı sosial təyinatlı infrastrukturların, parkların, küçələrin, xüsusən də Bakı bulvarının elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu. Bütün bunlar isə "Azərişıq" tərəfindən qısa müddət ərzində həyata keşirilən irimiqyaslı təxirəsalınmaz tədbirlər və əməkdaşların gərgin əməyi nəticəsində mümkün oldu. "Azərişıq" ASC-nin kollektivi I Avropa Oyunlarının uğurla başa çatmasında öz iştirakından qürur duyur və daha böyük işlərin öhdəsindən gəlməyə hazırdır".

Daha sonra "Azərişıq" ASC-nin sədi bildirib ki, bu uğurlar təkcə paytaxt Bakı ilə səciyyələnmirdi: "I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində yaşayan vətəndaşlarımızın idman oyunlarını yüksək bayram əhvali-ruhiyyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edildi".

B.Rzayev 2015-ci ilin ötən 6 ayı ərzində görülən quruculuq işləri haqqında da məlumat verib. O, çıxışında bildirib ki, indi hər bir energetikin vəzifəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevnin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir: "Bunun üçün bütün regional idarələrin konkret iş planları var. Hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator məntəqələri quraşdırılır".

Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıb. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını verib.

Çıxış edən digər natiqlər də görülən işlər haqqında hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti