Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi uğurla və gecikmə olmadan davam etdirilir. Bunu Trend-ə TANAP konsorsiumundan deyiblər.
Konsorsiumdan qeyd ediblər ki, hazırda layihə çərçivəsində 56 və 48 düymlük boruların qaynaq edilməsi üzrə işlər aparılır: "Qaynaq edilən boruların 80 faizinin tədarükçüsü Türkiyə şirkətləridir".
Konsorsiumdan əlavə ediblər ki, Türkiyənin boru tədarükçüləri ilə yanaşı, tikintidə 4 xarici şirkət iştirak edir: "Onlarla ötən ilin oktyabrında Türkiyənin Baş naziri Əhməd Davudoğlunun iştirakı ilə müvafiq saziş imzalanıb".
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.