Azərbaycan, Bakı, 2 noyabr /Trend/
SOCAR 2015-ci ilin oktyabr ayında Supsa limanından 338 592 ton, (ötən ilin oktyabrında 250,22 min ton) Ceyhan limanından 1 milyon 440 540 ton (1,64 milyon ton) xam neft ixrac edib.
Trend Dövlət Neft Şirkətinə istinadən məlumat verir ki, ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 100 446 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 29,9 faiz çox), Supsa limanından 2 372 131 ton (6,4 faiz az), Ceyhan limanından isə 14 549 129 ton (15,8 faiz az) xam neft ixrac edilib.
Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti - 47,49 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 50,06 dollara satılıb.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.