Bakı. Trend:
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.