Bakı. Trend:
Bu günlərdə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 24 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 812-733 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.