...

Bakının rayonları qazsız qalacaq

Energetika Materials 9 Fevral 2016 20:07 (UTC +04:00)
Bir sıra rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakının rayonları qazsız qalacaq

Bakı. Trend:

Fevralın 10-da Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı rayonlarının, eləcə də Abşeron və Qazax rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı regional qaz istismarı departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci kilometr, Sabunçu rayonunun Maştağa, Xəzər rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələri və Yeni Günəşli massivinin, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bundan başqa, saat 10:00-dan 18:00-dək Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti