...

Sabah Bakının rayonları qazsız qalacaq (YENİLƏNİB)

Energetika Materials 21 İyun 2016 20:18 (UTC +04:00)
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah Bakının rayonları qazsız qalacaq (YENİLƏNİB)

"Azəriqaz" İB-nin məlumatı əlavə olunub (ilk xəbər saat 19:11-də yayılıb)

Bakı. Trend:

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 22-də saat 10:00-dan 13:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ”, saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xətai və Suraxanı rayonlarının, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

X X X

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Trend-ə verilən məlumata görə, yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 22-də saat 9:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivlərində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli ,T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti