Bakı. Trend:
Qəbələ və Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 1525 abonenti olan Qəbələnin Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 196471 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Lənkəran rayonunun 349 abonenti olan Ləj kəndinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 17870 metrlik müxtəlif diametrli polietilen və metal borulardan istisfadə olunmuş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.