...

“Azərbaycan” İES-də 8 ay ərzində 4,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

Energetika Materials 27 Sentyabr 2016 15:16 (UTC +04:00)
“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) bu ilin avqust ayında 826,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
“Azərbaycan” İES-də 8 ay ərzində 4,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

Bakı. Trend:

“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) bu ilin avqust ayında 826,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin 8 ayı ərzində isə stansiyada 4 milyard 231,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Bundan başqa son üç ay ərzində “Azərbaycan” İES-də 4 saylı enerji blokunun təmiri aparılıb, 7 saylı enerji bloku isə təmirə çıxarılıb. Digər enerji blokları isə təftiş edilib və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.

8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinci bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti