...

“Azneft” İB-də 2016-cı ilin doqquz ayı müzakirə olundu

Energetika Materials 21 Oktyabr 2016 18:35 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyində 2016-cı ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
“Azneft” İB-də 2016-cı ilin doqquz ayı müzakirə olundu

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyində 2016-cı ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskdəndərov, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, Birliyin rəhbərliyi, idarə və şöbə rəisləri iştirak ediblər.

“Azneft” İB-nin Baş direktorunun birinci müavini, Baş mühəndis Balamirzə Ağarəhimov 2016-cı ilin doqquz ayı ərzində neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb.

Tədbirdə Baş direktorun müavini Rüstəm Zeynalov, tikinti işləri üzrə müavini Əlimusa Quliyev, əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək müvafiq dövr ərzində həyata keçirilmiş qazma işləri, əsaslı tikinti və təmir layihələri, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma işləri, eləcə də istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında məruzə ilə çıxış ediblər. Bildirilib ki, bu il ərzində 9 meydança tikilərək təhvil verilmiş, cari ilin avqust ayından etibarən tullantıların 100% utilizasiyasın nail olunub. Sonda “Azneft” İstehsalat Birliyi üzrə 2016-cı ilin doqquz aylıq nəticələri müsbət hesab edilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti