...

Sabah Maştağada qaz olmayacaq

Energetika Materials 12 Dekabr 2016 17:40 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
Sabah Maştağada qaz olmayacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti