...

“Neft Daşları”nda estakada təmir olunub

Energetika Materials 29 Avqust 2017 17:47 (UTC +04:00)
Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.
“Neft Daşları”nda estakada təmir olunub

Bakı. Trend:

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulmuş, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılmış, suüstü əlaqələr təmin edilib. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti