...

BP-dən ilin sonunadək Azərbaycanın neft hasilatı ilə bağlı AÇIQLAMA

Energetika Materials 24 Noyabr 2017 13:28 (UTC +04:00)
BP şirkəti 2017-ci ilin sonunadək Azərbaycanda neft hasilatının stabil səviyyədə qalacağını gözləyir
BP-dən ilin sonunadək Azərbaycanın neft hasilatı ilə bağlı AÇIQLAMA

Bakı. Maksim Tsurkov - Trend:

BP şirkəti 2017-ci ilin sonunadək Azərbaycanda neft hasilatının stabil səviyyədə qalacağını gözləyir.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, 2018-ci il üçün hasilat planları və büdcə dekabrın ortalarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəriyinin iclasında müzakirə olunub təsdiqlənəcək.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycanda orta sutkalıq neft hasilatı 585 min barrelə yaxın təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti