Bakı. Trend:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu ilin aprel ayında öz vəzifə və funksiyaları çərçivəsində müvafiq fəaliyyətini davam etdirərək ölkənin enerji təhlükəsizliyi, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məsələlərini həyata keçirib.
“Azərenerji” ASC-dən Trend-ə verilən məlumata görə, Trend-ə verilən məlumata görə, 2018-ci ilin aprel ayında Səhmdar Cəmiyyət tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 milyard kilovat-saat olub.
Qeyd edək ki, bu rəqəm 2017-cı ilin aprel ayında isə 1,738 milyard kilovat-saat təşkil edib.
Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
O cümlədən, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.