...

SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək

Energetika Materials 9 İyun 2018 13:40 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Avropaya qaz mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə nail olmağa kömək edəcək.
SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək

Bakı. Azad Həsənli - Trend:

"Cənub Qaz Dəhlizi" Avropaya qaz mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə nail olmağa kömək edəcək.

Trend-in məlumatına görə, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi" mövzusunda paneldə SOCAR-ın marketinq və inkişaf departamentinin rəhbəri Emil Qasımlı deyib.

E.Qasımlının sözlərinə görə, enerji təhlükəsizliyi, diversifikasiya və yenidən rekarbonizasiya Avropa üçün prioritet olaraq qalır: "Təbii qaz ən təmiz yanacaq növlərindən biridir və biz bu layihənin Avropaya öz məqsədlərinə çatmasına kömək edəcəyinə inanırıq".

SOCAR nümayəndəsi qeyd edib ki, layihənin icrası qrafik üzrə icra olunur, "Cənub Qaz Dəhlizi" çərçivəsində artıq iki layihə tamamlanıb.

E.Qasımlı bir neçə gündən sonra Transanadolu boru kəmərinin (TANAP) açılış mərasiminin keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, iyunun 12-də Türkiyədə TANAP layihəsinin açılışı baş tutacaq.

Mayın 29-da isə Bakıda Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti