...

Rusiya neft hasilatına görə dünyada liderliyini qoruyur

Energetika Materials 30 İyun 2018 00:20 (UTC +04:00)
Rusiya Energetika Nazirliyinin verdiyi məlumata və OPEK-in hesabatına əsasən, Rusiya aprel ayında sutkada ortalama 10.965 milyon barel neft hasil edərək ABŞ və Səudiyyə Ərəbistanı qabaqladı.
Rusiya neft hasilatına görə dünyada liderliyini qoruyur

Bakı. Trend:

Rusiya Energetika Nazirliyinin verdiyi məlumata və OPEK-in hesabatına əsasən, Rusiya aprel ayında sutkada ortalama 10.965 milyon barel neft hasil edərək ABŞ və Səudiyyə Ərəbistanı qabaqladı.

Cümə günü EİA-nın dərc olunmuş məlumatına əsasən, ABŞ neft hasilatı 0,1% azalaraq, gündə 10.467 milyon barel neft təşkil etdi. Bu göstəriciylə o dünyada ikinci yerdədir. Eyni zamanda, OPEK-in iyun hesabatına görə, Səudiyyə Ərəbistanın neft hasilatı 0,1% azalaraq sutkada ortalama 9.901 milyon barel təşkil etdi. Bu göstərici dünyada üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti