...

Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Energetika Materials 27 Dekabr 2019 13:24 (UTC +04:00)
Trans-Anadolu boru kəməri (TANAP) Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir
Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Bakı. Tamilla Məmmədova - Trend:

Trans-Anadolu boru kəməri (TANAP) Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava deyib.

Nazir bildirib ki, bu layihə Gürcüstana böyük fayda gətirəcək: "Layihə təkcə ölkəmizin enerji təhlükəsizliyini artıracaq əsrin regional layihəsi olduğu üçün deyil, həm də Gürcüstana böyük fayda gətirəcəyi üçün vacibdir”.

N.Turnavanın sözlərinə görə, əgər bu gün qaz kəməri ilə altı milyard kubmetrdən çox qaz nəql olunursa, kəmərin genişləndirilməsi sayəsində qaz həcmi dörd dəfə artacaq:

"Bunun nəticəsində yaxın illərdə tranzit dəhliz qismində əldə edəcəyimiz ödənişlər sözsüz ki, artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti