...

Azərbaycan qazının Avropaya çatması ilə yeni bir səhifə açıldı - Türkiyə XİN

Energetika Materials 8 Yanvar 2021 12:22 (UTC +04:00)
Azərbaycan qazının Avropaya çatması ilə yeni bir səhifə açıldı - Türkiyə XİN

Bakı. Orxan Nəbiyev - Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) fəaliyyətə başlaması ilə Azərbaycan qazı İtaliyaya çatdı.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

Nazirliyin bəyanatında deyilir: “Cənub Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın digər hissəsinin enerji təchizatının təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədə yeni bir səhifə açıldı”, - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti