...

Danimarka şirkəti Azərbaycandakı neft əməliyyatlarından gəlirlərini açıqlayıb

Energetika Materials 19 Fevral 2021 14:11 (UTC +04:00)
Danimarka şirkəti Azərbaycandakı neft əməliyyatlarından gəlirlərini açıqlayıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Danimarkanın qazma qurğuları operatoru olan "Maersk Drilling" şirkəti 2020-ci ildə 1,096 milyard dollar gəlir əldə edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

2019-cu ildə şirkətin gəlirləri 1,222 milyard dollar təşkil edib.

Hesabata əsasən, "Maersk Drilling"in 2020-ci ildə Azərbaycandakı əməliyyatlardan gəlirləri 2019-cu illə müqayisədə artaraq 110 milyon dollara çatıb. 2019-cu ildə bu göstərici 79 milyon dollar təşkil edib.

Qeyd edək ki, şirkətin "Maersk Explorer" qazma qurğusu "İstiqlal" qurğusu ilə birgə "Şahdəniz 2" layihəsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-ı artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti