...

Azərbaycanın Rusiya qazının Ermənistana tranzitinə razılıq verməsi çox böyük geostrateji addımdır - Piter Teys

Energetika Materials 18 Mart 2021 13:36 (UTC +04:00)
Azərbaycanın Rusiya qazının Ermənistana tranzitinə razılıq verməsi çox böyük geostrateji addımdır - Piter Teys

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycanın Rusiya qazının Ermənistana tranzitinə razılıq verməsi çox böyük geostrateji addımdır və Azərbaycanla Rusiya hökumətlərini daha da yaxınlaşdırır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, bundan daha çox faydalanan tərəf Ermənistan xalqı olacaq:

"Qazprom" və SOCAR arasındakı bu razılaşma iki ölkə arasındakı sıx əməkdaşlığın daha bir göstəricisidir. Bakı təkcə Moskva tərəfindən deyil, regionun digər ölkələri tərəfindən də vacib iştirakçı kimi qəbul olunur. Azərbaycan ərazisindən Ermənistana qaz nəqli Ermənistan hakimiyyətini oyatmalıdır. Ermənistanın siyasi rəhbərliyi Azərbaycan hökumətinin regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün nə etməsinə diqqət verməlidir. Bu da erməni xalqına xeyir gətirəcək".

P.Teys əlavə edib ki, Bakı ilə Moskva arasında razılaşma Azərbaycanın atdığı əlamətdar geosiyasi addımdır. Bu, kommersiya əməkdaşlığının genişlənməsini təmin edəcək və eyni zamanda Azərbaycanla Rusiya arasında ikitərəfli siyasi dialoqa müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti