...

SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb

Energetika Materials 5 May 2021 14:58 (UTC +04:00)
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb

Bakı. Trend:

SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb.

Trend-in məlumatına görə, bunu SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov deyib.

O bildirib ki, 3 şirkətdə başlatdılan Sıfır Tullantı Layihəsi ilə mənbələrin daha səmərəli istifadəsini və tullantıların yerində toplanaraq iqtisadiyyata geri qazandırılmasını hədəfləyirlər:

"Bu istiqamətdə bütün istehsal sahələrimizdə tullantıların idarəolunması sistemlərini və tullantı toplayan maşınlarımızı yenilədik. Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik. Görülən işlər nəticəsində SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcmini 32%-ə qədər artırdıq. Fəaliyyətlərimiz nəticəsində aldığımız Sıfır Tullantı Sertifikatı gələcək işlərimizdə bizə stimul olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti