...

"Brent" markalı neftin qiyməti may ayından ilk dəfə 68 dollardan aşağı düşüb

Energetika Materials 20 İyul 2021 01:15 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti may ayından ilk dəfə 68 dollardan aşağı düşüb

Bakı. Trend:

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 23:29 üçun (Bakı vaxtı) 7,66 faiz ucuzlaşaraq 68, 95 dollar/barel təşkil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 23:39 üçun (Bakı vaxtı) "Brent" markalı neft 68,10 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti mayın 27-si 68 dollardan aşağı olub.

"WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 7,87 faiz ucuzlaşaraq 65,93 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti