Bakı. Sədrəddin Ağcayev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 69,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)