...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 10 Sentyabr 2021 12:01 (UTC +04:00)
Azərbaycan nefti bahalaşır

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 9-da 73,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti