...

"Şahdəniz" yatağında hasilat 20 faiz artıb

Energetika Materials 5 Noyabr 2021 21:00 (UTC +04:00)
"Şahdəniz" yatağında hasilat 20 faiz artıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından təxminən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (24 milyon barel) kondensat hasil edilib. Bu göstəricilər 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 faiz və 11,1 faiz artıb.

Trend bu barədə "bp"nin hesabatına istinadən məlumat verir.

Üçüncü rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan, Türkiyə, BTC Company və Avropada digər alıcılara qaz tədarükü davam edib.

Eyni zamanda, 2021-ci ilin ilk üç rübündə "Şahdəniz" yatağı üzrə əməliyyat xərcləri 1,57 milyard dollar, əsaslı xərclər isə 524 milyon dollara yaxın təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti