...

Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək

Energetika 24 Yanvar 2022 17:22 (UTC +04:00)
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək

Bakı. Ləman Zeyanlova - Trend:

Xorvatiya "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana üç nümayəndə heyəti göndərəcək.

Bu barədə Trend-ə Xorvatiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Xorvatiya İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən üç nümayəndə olacaq: dövlət katibi İvo Milatiç, direktor Kristina Çeliç və "Plinacro Ltd"nin biznes bölməsinin rəhbəri Floriana Cedoviç", - deyə səfirlikdən bildiriblər.

Xorvatiya nümayəndə heyəti, həmçinin Cənub-Şərqi Avropanın digər ölkələrin qaz nəqli üçün Trans-Adriatik boru kəməri (TAP) ilə birləşməni nəzərdə tutan İon-Adriatik boru kəmərinə (IAP) həsr olunmuş görüşdə iştirak edəcəklər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birinci keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti