Bakı. Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 118,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,56 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 117,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,51 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,02 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 121,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,44 dollar/barel azdır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)