...

bp bərpa olunan enerji sahəsində yeni layihələrlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır

Energetika Materials 4 May 2022 13:02
bp bərpa olunan enerji sahəsində yeni layihələrlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində reallaşdırılacaq yeni layihələrlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Azərbaycan üçün vacib əhəmiyyət daşıyan yekunların nəzərdən keçirilməsi" mövzusunda panel müzakirələri zamanı deyib.

"Bərpa olunan enerji sektoru gələcəyin biznesidir. Biz Azərbaycan hökuməti ilə yeni mümkün layihələri müzakirə edirik. Bu, öz növbəsində, daba bir problemi aktuallaşdırır, belə ki, bizə bu sahədə mütəxəssislər lazımdır", - deyə o bildirib.

bp-nin ümumi strategiyasından danışarkən, vitse-prezident qeyd edib ki, şirkət 2050-ci ilədək karbon qazı tullantılarını sıfır həddinə çatmağı planlaşdırır.

"Eyni zamanda biz yaxın illərdə daha da dərinləşəcək qlobal ekoloji problemləri həll etməliyik. Bununla belə biz tərəfdaşlarımızın, maraqlı tərəflərin və səhmdarların tələblərini qarşılamaq üçün daha çox innovasiya və texnologiyalar tətbiq edəcəyik", - B.Aslanbəyli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti